Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa Komissiyası Kiyevə 3,47 milyard avro ayırıb

Avropa Komissiyası Kiyevə 3,47 milyard avro ayırıb



Avropa Komissiyası (AK) Kiyevə zərbə dronları, raketlər və qırıcı təyyarələrin alınması üçün yeni tranşın (90 milyard avroluq proqram çərçivəsində) bir hissəsi olaraq 3,47 milyard avro ayırıb.

Newscenter.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında bildirilib.

Bəyanatda deyilir ki, Avropa Komissiyası bu gün 90 milyard avroluq proqramın hərbi komponentinin bir hissəsi olaraq Ukraynaya 3,47 milyard avro ayırıb. Bu tranş uzun mənzilli reaktiv dronlar, raketlər və [İsveç] Gripen qırıcı təyyarələri də daxil olmaqla dronların alınmasını əhatə edir.

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen X-də zərbə silahları planının Ukrayna səmasının və insanlarının qorunmasına kömək etdiyini deyib.

Anar
Xəbəri paylaş