
30 iyul - 1 avqust 2026-cı il tarixlərində Qırğızıstanın İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində Mərkəzi Asiya dövlətləri və Azərbaycan Respublikasının dövlət başçılarının qeyri-rəsmi Məşvərət Görüşü keçiriləcək.
Newscenter.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, görüşdə Qırğızıstan Respublikasının Prezidenti Sadir Japarov, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iştirak edəcəklər.
Dövlət başçıları ticarət, enerji, turizm sahələrində əməkdaşlığın gücləndirilməsi, nəqliyyat dəhlizlərinin genişləndirilməsi, regionda mədəni və humanitar əlaqələrin inkişaf etdirilməsi məsələlərini müzakirə edəcəklər. Həmçinin regional təhlükəsizlik və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin aktual məsələləri barədə fikir mübadiləsi aparacaqlar.
Süleyman












































