Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kürşad Zorlu Türkiyədə çalışan azərbaycanlı həkimlərin qaldırdığı problemi həll etdi

Kürşad Zorlu Türkiyədə çalışan azərbaycanlı həkimlərin qaldırdığı problemi həll etdi


Türkiyədə çalışan xarici rezident həkimlərin təşviq edilməsi məqsədilə əlavə ödənişlərdən kənarlaşdırılmaları ilə bağlı narahatlıqlar aradan qaldırılır.

Bu barədə Newscenter.az-a Türkiyədə fəaliyyət göstərən Azərbaycan Həkimləri Assosiasiyasının təsisçisi Günay Əliyeva məlumat verib. O bildirib ki, sözügedən məsələ bir müddət əvvəl AK Partiyasının sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbəri Kürşad Zorlu ilə görüşdə qaldırılıb. AK Partiya rəsmisi görüş iştirakçılarına qaldırılan məsələ ilə məşğul olacağını vəd edib:

"Məsələnin həll olunacağı barədə məlumatlandırıldığımız üçün məmnunuq. Bu məsələnin həlli Azərbaycan Həkimləri Assosiasiyasının həyata keçirdiyi təşəbbüslərin əhəmiyyətli nəticəsidir və Türkiyədə çalışan xarici rezident həkimlər üçün müsbət bir addımdır.

Başda AK Partiyasının sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbəri Kürşad Zorlu olmaqla, bu prosesdə iştirak edən bütün rəsmi şəxslərə göstərdikləri diqqət, konstruktiv yanaşma və həll yönümlü münasibətə görə təşəkkür edirik.

Həmçinin, Kürşad Zorluya türk dünyası üçün gördüyü işlərə görə təşəkkürümüzü bildiririk və ona vəzifələrində davamlı uğurlar arzulayırıq".

Günay Əliyeva əmin olduğunu bildirib ki, birlik, həmrəylik və qarşılıqlı anlaşma əsasında atılan addımlar Türkiyə ilə Azərbaycan arasında münasibətləri və türk dünyasının ortaq gələcəyini gücləndirəcək.

Süleyman
Xəbəri paylaş