
İtalyanların əksəriyyəti - 60%-dən çoxu - Kiyevə Qərb silahlarının verilməsinə qarşıdır. Buna görə də Milli Gələcək Partiyası tərəfindən İtaliya parlamentinin aşağı palatasına təqdim edilən bu cür təchizatın dayandırılması ilə bağlı qətnamə layihəsi ictimai rəyi əks etdirir.
Newscenter.az xəbər verir ki, bu barədə TASS-a partiya üzvü və Veneto regional şurasının keçmiş müşaviri Luciano Sandona bildirib.
O bildirib ki, Ukraynaya silah təchizatını dəstəkləmək səhv idi:
"Nəticədə, bu, italyanlara əks təsir göstərib, çünki səhiyyə, təhsil və vətəndaş təhlükəsizliyi kimi vacib sahələr üçün kifayət qədər vəsait yoxdur. Silah təchizatının yalnız münaqişəni uzaddığı hər kəsə çoxdan aydın olub. İtalyanların 60%-dən çoxu onlara qarşı çıxır və bu rəqəm artmaqdadır".
O qeyd edib ki, İtaliya Kiyevə silah tədarük etməklə diplomatik vasitəçi kimi ənənəvi rolundan imtina edir. Sandona həmçinin vurğulayıb ki, Aİ-nin Rusiyaya qarşı sanksiyaları nəticədə italyanlara əks təsir göstərib:
"İndi bunu yanacağın qiymətinin 2 avronu keçdiyi yanacaqdoldurma məntəqələrində görürük. Rusiya enerjisindən imtina etmək də səhvdir".
Anar










































