Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan Prezidenti Qırğızıstana dövlət səfəri edəcək

Özbəkistan Prezidenti Qırğızıstana dövlət səfəri edəcək


Qırğızıstan Respublikasının Prezidenti Sadir Japarovun dəvəti ilə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev 30 iyul - 1 avqust tarixlərində bu ölkəyə dövlət səfəri edəcək.

Newscenter.az xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, yüksək səviyyəli danışıqlarda Özbəkistan-Qırğızıstan dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, qarşılıqlı ticarətin artırılması, sənaye əməkdaşlığının genişləndirilməsi, nəqliyyat əlaqələrinin və mədəni-humanitar mübadilələrin inkişafı məsələləri müzakirə olunacaq.

Dövlət başçıları beynəlxalq və regional gündəlikdəki aktual məsələlər ətrafında da fikir mübadiləsi aparacaqlar.

Zirvə görüşünün yekununda Özbəkistan və Qırğızıstan arasında çoxşaxəli əməkdaşlığın daha da inkişaf etdirilməsinə yönəlmiş ikitərəfli sənədlər paketinin imzalanması planlaşdırılır.



Süleyman
Xəbəri paylaş