
Qırğızıstanda Mərkəzi Asiya və Azərbaycan dövlət başçılarının qeyri-rəsmi Məşvərət Görüşü keçiriləcək.
Newsccenter.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qırğızıstana səfərə gedib.
Qeyd edək ki, Mərkəzi Asiya və Azərbaycan dövlət başçılarının qeyri-rəsmi Məşvərət Görüşündə sözügedən formatda dövlət başçılarının Türkmənistanda keçirilməsi nəzərdə tutulan Zirvə Görüşünə hazırlıq məsələləri müzakirı ediləcək. Zirvə görüşünün bu ilin payızında Türkmənistanın Avaza şəhərində keçirilməsi nəzərdə tutulur.
Süleyman










































