Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kürşad Zorlu Türkiyədə çalışan azərbaycanlı həkimlərin qaldırdığı problemi həll etdi

Kürşad Zorlu Türkiyədə çalışan azərbaycanlı həkimlərin qaldırdığı problemi həll etdi


Türkiyədə çalışan xarici rezident həkimlərin təşviq edilməsi məqsədilə əlavə ödənişlərdən kənarlaşdırılmaları ilə bağlı narahatlıqlar aradan qaldırılır.

Bu barədə Newscenter.az-a Türkiyədə fəaliyyət göstərən Azərbaycan Həkimləri Assosiasiyasının təsisçisi Günay Əliyeva məlumat verib. O bildirib ki, sözügedən məsələ bir müddət əvvəl AK Partiyasının sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbəri Kürşad Zorlu ilə görüşdə qaldırılıb. AK Partiya rəsmisi görüş iştirakçılarına qaldırılan məsələ ilə məşğul olacağını vəd edib:

"Qeyd etmək istərdik ki, bu müsbət nəticənin əldə olunmasında Türkiyədə çalışan çoxsaylı azərbaycanlı rezident həkimlərin müraciət və təklifləri, Türkiyədə fəaliyyət göstərən Azərbaycan Həkimləri Assosiasiyasının sədri Vüqar Cəfərvə Assosiasiyanın qurucu təsisçi sədri Günay Əliyeva tərəfindən aparılan ardıcıl təşəbbüslər və məqsədyönlü fəaliyyət mühüm rol oynamışdır.

Eyni zamanda, qaldırdığımız məsələyə həssaslıqla yanaşaraq onun həlli istiqamətində göstərdiyi diqqət və dəstəyə görə AK Partiya sədrinin müavini və Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbəri Kürşad Zorlu cənablarına dərin minnətdarlığımızı bildiririk. Onun türk dünyasının həmrəyliyi, ortaq dəyərlərinin qorunması və əməkdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyət yüksək təqdirəlayiqdir.

İnanırıq ki, dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında qarşılıqlı etimada əsaslanan bu cür əməkdaşlıq həm Türkiyədə çalışan xarici rezident həkimlərin problemlərinin həllinə, həm də Azərbaycan–Türkiyə qardaşlığının və Türk dünyasının birliyinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəkdir".

Süleyman
Xəbəri paylaş