Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

NATO üzvü ola-ola Rusiya ilə hərbi əməkdaşlıq hərbi alyansa arxa çevirmək idi

NATO üzvü ola-ola Rusiya ilə hərbi əməkdaşlıq hərbi alyansa arxa çevirmək idi


"Qara Dənizdə Türkiyə gəmisinin vurulması Ankaranın Rusiya məsələsində yürütdüyü siyasətin doğru olub-olmadığı məsələsinin müzakirə olunmasını şərtləndirir. Türkiyənin Rusiyadan aldığı "S400" hava hücumundan müdafiə sistemlərini satmağa çalışması onu deməyə əsas verir ki, Türkiyə bu məsələdə səhv edib. NATO üzvü ola-ola Rusiya ilə hərbi əməkdaşlıq hərbi alyansa arxa çevirmək idi".

Newscenter.az xəbər verir ki, bunları ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. O bildirib ki, ABŞ-ın "PETRİOT" verməməsini bəhanə edib Rusiyadan "S400" almaq NATO prinsiplərinə zidd idi:

"Ehtiyac halında NATO Türkiyənin havadan müdafiəsini təmin edirdi. İraq və Suriya müharibələri başlayanda Türkiyənin müdafiəsi üçün NATO bu ölkəyə 11-12 "PETRİOT" batareyası gətirmişdi. Hansı ki, həmin dövrdə Türkiyə ABŞ-a öz ərazisindən İraqa girməyə icazə verməmişdi.

ABŞ deyilməsə də Türkiyəyə "F35" təyyarələrini ona görə vermək istəmir ki, Türkiyənin Yunanıstana və ətraf ölkələrə qarşı torpaq (adalar) iddiasının olduğunu bilir.

Türkiyə NATO-ya Rusiya qorxusuna görə daxil olub və bunun üçün də Cənubi Koreyada böyük bədəl ödəyib. Rusiya ilə əməkdaşlıq digər NATO ölkələrinin əlaqələrindən fərqli ola bilməz. Bu, sadə anlayışdır. NATO ölkələri əgər Rusiyaya qarşıdırlarsa, onda Türkiyə ən azı neytral mövqe tutmalıdır. Türkiyənin Rusiya ilə enerji sahəsindəki əməkdaşlığının Avropa ilə əlaqəli hissəsi, yəni "Mavi akın 1-2" proyektləri Türkiyənin neytral qalmasını təmin edən amildir".

Azər Qasımov qeyd edib ki, Türkiyə nə NATO-dan, nə də Avropa İttifaqına üzv olmaq iddiasından vaz keçir:

"Amma tezliklə Rusiya ilə onlar arasında seçim vaxtı gələcək. Rusiyanın ilk vaxtlarda çətin dövrdə ayaqda qalmasının böyük hissəsi Türkiyənin payına düşür. Amma tədricən bu rolu Çin ələ aldı. NATO, əsasən Avropa ölkələri indi Türkiyənin Rusiyadan tamamilə uzaqlaşmasını istəyirlər. Türkiyə Ramştayn və Krım Platforması formatlarının tələblərinə tam uyğun hərəkət etməlidir".

Süleyman
Xəbəri paylaş