Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AİB-ə üzv ölkələr Qırğızıstana toplanır

AİB-ə üzv ölkələr Qırğızıstana toplanır


Qırğızıstanda Avrasiya Hökumətlərarası Şurasının iclası keçiriləcək.

Newscenter.az TASS-a istinadən bildirir ki. iclas avqustun 6-da İssık-Kul gölü sahilində yerləşən Çolpon-Ata şəhərində baş tutacaq.

Hökumət başçılarının Avrasiya regionunda inteqrasiya proseslərinin dərinləşdirilməsi ilə bağlı ən aktual məsələləri müzakirə edəcəkləri gözlənilir. Gündəmdəki prioritetlərə gömrük əməkdaşlığı, ərzaq təhlükəsizliyi, dəmir yolu nəqliyyatının rəqəmsallaşdırılması və ortaq maliyyə bazarının inkişafı daxildir.

Çolpon-Atada keçiriləcək tədbirlərdə Rusiya, Ermənistan, Qazaxıstan və Qırğızıstan da daxil olmaqla, AİB üzv ölkələrindən əlavə, müşahidəçi dövlətlər olan İran, Kuba və Özbəkistanın nümayəndələri də iştirak edəcəklər.

Qeyd edək ki, İssık-Kul gölünün sahilindəki Çolpon-Ata, 2019-cu ildən bəri Avrasiya Hökumətlərarası Şurasının illik avqust iclasının ənənəvi məkanıdır.

Anar
Xəbəri paylaş