
Rusiya prezidenti Vladimir Putin və Braziliya prezidenti Luis İnasiu Lula da Silva arasında telefon danışığı olub.
Newscenter.az TASS-a istinadən bildirir ki, dövlət başçıları Ukrayna münaqişəsi də daxil olmaqla qlobal vəziyyəti müzakirə ediblər. Kremlin mətbuat xidmətinin məlumatına görə, Rusiya lideri Braziliyanın münaqişənin həlli səylərini yüksək qiymətləndirib.
Putin Ukrayna münaqişəsinin siyasi və diplomatik həllinin tapılmasına kömək etmək istəyinə görə braziliyalı həmkarına minnətdarlığını bildirib.
Prezidentlər Rusiya və Braziliyanın qlobal gündəmdəki bir çox fundamental məsələdə oxşar yanaşmaları paylaşdıqlarını təsdiqləyiblər. Onlar BMT və digər çoxtərəfli formatlar çərçivəsində koordinasiyanı davam etdirmək barədə razılığa gəldilər.
Putin həmçinin braziliyalı həmkarı ilə ikitərəfli münasibətlərin inkişafını müzakirə edib və qarşılıqlı ticarətin şaxələndirilməsinə xüsusi diqqət yetirib.
Tərəflər bu ilin əvvəlində Braziliyada keçirilən Rusiya-Braziliya Yüksək Səviyyəli Komissiyasının iclasının nəticələri və digər əlaqələr də daxil olmaqla, müxtəlif sahələrdə ikitərəfli münasibətlərin daha da gücləndirilməsi məsələlərini müzakirə ediblər.
Anar












































