Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dunay çayının suyunun quruması Serbiyada enerji problemi yaradıb

Dunay çayının suyunun quruması Serbiyada enerji problemi yaradıb



Dunayda rekord səviyyədə aşağı su axınına baxmayaraq, Serbiyanın elektrik təchizatı qarşıdakı dövrdə sabit qalacaq.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Serbiya Elektrik Enerji Şirkətinin baş direktoru Dusan Jivkoviç deyib. O, Dunay çayının aşağı səviyyəsi nəqliyyatda və elektrik istehsalında azalmaya səbəb olduğunu da etiraf edib və həqiqətən də çətin dövrlər yaşadıqlarını vurğulayıb:

"Son günlərdə Dunayın su axını indiyə qədər qeydə alınan ən aşağı səviyyədə, saniyədə təxminən 1400 kubmetr olub və yaxın gələcəkdə heç bir əhəmiyyətli dəyişiklik gözlənilmir. Bu şərtlər altında Dunay su elektrik stansiyalarında elektrik enerjisi istehsalı əhəmiyyətli dərəcədə azalıb. "Djerdap-1 su elektrik stansiyası 20%, və Djerdap-2 təxminən 30% gücündə işləyir. Çətin dövrlərdir, amma bir daha demək istəyirəm ki, vətəndaşlar və müəssisələr elektrik təchizatının etibarlılığı barədə narahat olmamalıdırlar".

O, vətəndaşları elektrik enerjisindən istifadədə daha diqqətli olmağa çağırıb:

"İnanıram ki, rasional istehlak onların rahatlığına xələl gətirməyəcək, amma indi məsuliyyət səviyyəmizi artırmağın vaxtıdır".

Anar
Xəbəri paylaş