
Türkiyədə bu il 16-74 yaş arası insanlar arasında internetdən istifadə nisbəti 92,3%-ə çatıb.
Newscenter.az Türkiyə Statistika İnstitutuna istinadən bildirir ki, "Ev Təsərrüfatı İnformasiya Texnologiyaları İstifadəsi Sorğusu-2026"nın nəticələrinə görə, bu nisbət ötən il 90,9% olaraq qeydə alınıb. Bu yaş qrupunda kişilər üçün internetdən istifadə nisbəti 94,8%, qadınlar üçün isə 89,9% olaraq qeydə alınıb. Nəticəyə görə, Türkiyədə hər 10 nəfərdən 9-u internetdən istifadə edir.
İnternet vasitəsilə dövlət xidmətlərindən faydalananların nisbəti 76%-ə çatıb. Son bir ildə rəsmi orqanların veb saytlarından və tətbiqlərindən şəxsi məqsədlər üçün istifadə edənlərin və dövlət xidmətlərindən internet vasitəsilə faydalananların nisbəti 76% olaraq müəyyən edilib. Bu nisbət kişilər üçün 82,7%, qadınlar üçün isə 69,4% olub.
Elektron hökumət xidmətlərindən istifadə edən şəxslərin faiz nisbəti yaş qruplarına görə araşdırıldıqda, bu nisbətin 25-34 yaş qrupunda 93% ilə ən yüksək, 65-74 yaş qrupunda isə 31,3% ilə ən aşağı olduğu görülür.
Elektron hökumət xidmətlərindən istifadə edən şəxslərin məqsədləri arasında rəsmi orqanlar və ya dövlət xidmətləri tərəfindən saxlanılan şəxsi məlumatlara daxil olmaq 65,6% ilə birinci yerdədir. Bunun ardınca 52,6% ilə dövlət qurumları və ya dövlət xidmətləri ilə görüş təyin etmək və ya rezervasiya etmək, 45,7% ilə dövlət qurumlarının veb saytlarından məlumat əldə etmək gəlir.
Son 3 ayda təhsil, peşəkar və ya şəxsi məqsədlər üçün onlayn təlim fəaliyyətləri həyata keçirənlərin nisbəti ötən illə müqayisədə bu il 5,2 bal artaraq 22,9%-ə çatmışdır. Bu nisbətin kişilər üçün 22,4%, qadınlar üçün isə 23,5% olduğu müəyyən edilmişdir.
Süleyman












































