Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İordaniya: İsrail Qəzzada gərginliyi artırır

İordaniya: İsrail Qəzzada gərginliyi artırır


İsrail Qərb Şəriyəsində və Qəzzada gərginliyə təhrik edir. İsrailin hərəkətləri burada vəziyyətin gərginləşməsi üçün şərait yaradır.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu İordaniya xarici işlər naziri Ayman əl-Səfadi Əmmanda İsrailin Qüds Siyasətinə Müxalifət üzrə Ərəb Nazirlər Komitəsinin iclasında çıxış edərkən bildirib.

O deyib ki, İsrail Qəzzada atəşkəs sazişini pozur və ABŞ prezidentinin Zolaqdakı vəziyyəti sabitləşdirmək planının həyata keçirilməsinə mane olur.

Əs-Səfadi beynəlxalq ictimaiyyəti İsrail dövlətinin "Qərb Şəriyəsinin işğalını möhkəmləndirən, fələstinlilərin ədalətli sülh ümidini öldürən, Qəzzada sabitliyə və fəlakətlərə son qoymağa mane olan və bütün bölgəni, onun xalqını təhlükəsizlik və dinclik içində yaşamaq hüququndan məhrum edən siyasətinə son qoymaq üçün qətiyyətli addımlar atmağa çağırıb.

Anar
Xəbəri paylaş