Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin Müdafiə Nazirliyində dəyişiklik etdi

Putin Müdafiə Nazirliyində dəyişiklik etdi


Ukrayna cəbhəsində hərbi sahədə üzləşilən çətinliklər Rusiya Prezidenti Vladimir Putini bir sıra dəyişikliklər etmək məcburiyyətində qoyub.

Newscenter.az TASS-a istinadən bildirir ki, Kreml rəhbəri Müdafiə Nazirliyinin rəhbərliyində dəyişiklik edib.

Belə ki, Putinin sərəncamı ilə general-polkovnik Valeri Solodçuk müdafiə nazirinin müavini təyin edilib.

Dövlət başçısının fərmanı ilə general-polkovnik Valeri Nikolayeviç Solodçuk əvvəlki vəzifəsindən azad edilib.

Qeyd edək ki, Solodçuk Rusiya Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Dairəsinin və "Mərkəz" qoşun qruplaşmasının komandanı olub, həmçinin ordunun arxa təminat xidmətlərinin rəhbəri vəzifəsində çalışıb.

Anar
Xəbəri paylaş