
Özbəkistan Mərkəzi Bankı 2026-cı ilin birinci yarısında 41 ton qızıl alıb və dünyanın mərkəzi bankları arasında ikinci ən böyük alıcı olub.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Dünya Qızıl Şurası (WGC) iyun statistikasında məlumat verib.
Yanvar-iyun aylarında isə Polşa Milli Bankı ən çox qızıl alıb. Polşanın aldığı qızılın miqdarı 82 ton olub. Sonrakı yerləri Özbəkistan - 41 ton, Çin - 40 ton və Qazaxıstan - 27 ton tutub.
Təkcə iyun ayında Özbəkistan Mərkəzi Bankı qızıl ehtiyatlarını daha 9 ton artırıb. Aylıq alış-veriş baxımından Özbəkistan Polşadan - 19 ton və Çindən - 15 ton sonra üçüncü yeri tutub.
Qazaxıstan və Sinqapur hər biri 7 ton qızıl alıb.
Ümumilikdə, dünya mərkəzi bankları iyun ayında xalis əsasda 51 ton qızıl alıb. Ümumi alış-veriş 63 ton, satış isə 12 ton təşkil edib. 2026-cı ilin əvvəlindən bəri ictimaiyyətə açıqlanan xalis alış-verişlərin həcmi 102 tona çatıb.
Dünya Qızıl Şurasının may ayı hesabatında Özbəkistanın beynəlxalq ehtiyatlarının 87 faizinin qızılda saxlanıldığı qeyd olunub.
Süleyman












































