Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı, Sumqayıt və Abşeronda yaşıllıqlara 72 min manata yaxın ziyan vurulub

Bakı, Sumqayıt və Abşeronda yaşıllıqlara 72 min manata yaxın ziyan vurulub


Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara təqribən 72 min manat məbləğində ziyan vurulub.

Bu barədə Newscenter.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, araşdırma zamanı Bakı şəhəri Xətai rayonu Vunqtau küçəsi, Sumqayıt şəhəri 4-cü məhəllə və Abşeron rayonu Masazır qəsəbəsi Rafiq Dünyamalıyev küçəsində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 71 940 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Anar
Xəbəri paylaş