Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qeyri-neft sektorunun inkişafı artacaq

Qeyri-neft sektorunun inkişafı artacaq


"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 iyul 2026-cı ildə imzaladığı “Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının 1 sentyabr tarixindən qüvvəyə minməsi ölkədə qeyri-neft sektorunun inkişafına bir qədər də təkan vermiş olacaq. Hesab edirəm ki, bu fərman qeyri-neft və qaz sektorunda çalışan investorlar, iş adamlarının fəaliyyətini daha da stimullaşdıracaq, onları istehsalı və ixracı artırmağa təşviq edəcək"

Bunları Newscenter.az-a iqtisad elmləri doktoru Arzuman Muradlı deyib. O bildirib ki, dövlət başçısının imzaladığı fərmana əsasən, Azərbaycan Respublikası mənşəli qeyri-neft-qaz mallarının ixrac gömrük proseduru altında yerləşdirilməsi zamanı mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçılar tərəfindən ödənilmiş gömrük rəsmiləşdirilməsi üzrə gömrük yığımlarına görə, malların növündən və ixrac olunduğu ölkədən asılı olaraq, habelə müəyyən edilmiş yuxarı hədd nəzərə alınmaqla, dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya ödəniləcək:

"Ölkə rəhbəri hər zaman açıq və birmənalı şəkildə bəyan edib ki, biz öz inkişafımızı yalnız neft və qazla təmin etməməli, paralel olaraq qeyri-neft sektorunun da inkişafına da diqqəti artırmalıyıq. Hesab edirəm ki, dövlət başçısının sözügedən fərmanı bunun əyani sübutudur".

Arzuman Muradlı qeyd edib ki, fərman təkcə sahibkarları qeyri-neft sektorunda daha məhsuldar çalışmağa təşviq etməyəcək, eyni zamanda onların istehsal və ixrac potensialını artıracaq:

"Nəticə etibarilə xarici ölkələrə, dünya bazarlarına Azərbaycan brendi altında çıxan mal və məhsullarımızın sayı çoxalacaq ki, bu da ölkəyə əlavə xarici valyutanın daxil olması, iqtisadiyyatımızın daha da inkişafına təkan deməkdir. Bir sözlə, “Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanından təkcə qeyri-neft sektorunda çalışan sahibkar qazanc əldə etməyəcək. Ondan ümumilikdə dövlət və vətəndaş da qazanacaq".

Süleyman
Xəbəri paylaş