Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tarixi Zəfərdən tərəqqi və quruculuq dövrünə inamlı baxış

Tarixi Zəfərdən tərəqqi və quruculuq dövrünə inamlı baxış


"Avqustun 11-də Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri Azərbaycanın dövlətçilik tarixində yeni və mühim bir mərhələnin başlanğıcını nümayiş etdirdi. Səfər çərçivəsində Azərbaycan Televiziyasına verilən geniş müsahibə təkcə regionun gələcək inkişaf perspektivlərini deyil, həm də bütövlükdə ölkəmizin daxili və xarici siyasətində əldə olunan möhtəşəm nailiyyətləri hərtərəfli şəkildə ehtiva etdi. Dövlət başçısının bu müsahibəsi son illərdə Azərbaycanın qazandığı tarixi uğurların təhlili və gələcək hədəflərin müəyyənləşdirilməsi baxımından mühüm strateji sənəd təsir bağışlayır".

Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Orxan Baxşəliyev deyib. O bildirib ki, müsahibədə xüsusi olaraq vurğulanan əsas məqamlardan biri Azərbaycan dövlətinin yürütdüyü müstəqil, qətiyyətli və uzaqgörən daxili siyasətdir. Son illər ərzində ölkə daxilində həyata keçirilən irimiqyaslı islahatlar, sosial-iqtisadi layihələr və regionların balanslı inkişafı strategiyası Azərbaycanı qlobal miqyasda ən dayanıqlı dövlətlərdən birinə çevirib:

"Xüsusilə Naxçıvan Muxtar Respublikasında son dövrlər aparılan intensiv abadlıq-quruculuq işləri, enerji təhlükəsizliyinin təmin olunması, nəqliyyat-kommunikasiya xətlərinin bərpası və iqtisadi potensialın reallaşdırılması istiqamətində görülən işlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində vətəndaş amilinin dayandığını bir daha sübut edir. Naxçıvanın Azərbaycanın ümumi iqtisadi sisteminə daha sıx inteqrasiya olunması, təhlükəsizlik və infrastruktur sahəsində atılan addımlar dövlət quruculuğu prosesinin nə qədər sistemli və düşünülmüş şəkildə aparıldığının əyani sübutudur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mükəmməl xarici siyasət isə Azərbaycanın beynəlxalq nüfuzunu zirvələrə qaldırıb. Ölkəmiz qlobal müstəvidə müstəqil mövqe sərgiləyərək, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşan, eyni zamanda öz milli maraqlarını qətiyyətlə qoruyan etibarlı tərəfdaş kimi tanınır. 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirlərində əldə olunan tarixi Zəfər Azərbaycanın xarici siyasətində yeni reallıqlar yaratdı. Bu gün regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasında əsas söz sahibi olan Azərbaycan, qonşu dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurur. Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlər, Naxçıvanın blokadadan çıxarılması prosesi və ümumilikdə Türk dövlətləri arasında inteqrasiyanın dərinləşdirilməsi xarici siyasətimizin prioritet istiqamətlərindən biri kimi müsahibədə xüsusi vurğulandı".

Hakim partiya təmsilçisi qeyd edib ki, Cənab Prezidentin müsahibəsində səsləndirdiyi fikirlər bir həqiqəti də açıq şəkildə ortaya qoyur: güclü iqtisadiyyat, qüdrətli ord və sağlam daxili siyasət uğurlu xarici siyasətin təməlidir:

"Azərbaycan bu gün regionda və dünyada baş verən mürəkkəb geosiyasi proseslər fonunda özünün milli maraqlarını mükəmməl şəkildə qorumağı bacarır. Dövlət başçısının qətiyyəti və siyasi iradəsi sayəsində həyata keçirilən nəhəng layihələr, o cümlədən işğaldan azad edilmiş ərazilərdə sürətlə aparılan Böyük Qayıdış proqramı və Naxçıvanın inkişafı istiqamətindəki tədbirlər Azərbaycanın qüdrətini daha da artırır.

Naxçıvandan səslənən bu mesajlar bir daha təsdiq edir ki, Azərbaycan xalqı və dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında parlaq gələcəyə doğru inamla irəliləyir, qarşıya qoyulan bütün strateji məqsədlərə qətiyyətlə nail olur".

Anar
Xəbəri paylaş