Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Naxçıvanda müasir sənaye komplekslərinin yaradılması strateji əhəmiyyət daşıyır

Naxçıvanda müasir sənaye komplekslərinin yaradılması  strateji əhəmiyyət daşıyır


"Naxçıvanda müasir sənaye komplekslərinin yaradılması nəzərdə tutulur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana səfəri və səfər çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə Naxçıvan Muxtar Respublikasının gələcək inkişaf prioritetlərinin daha geniş strateji çərçivədə nəzərdən keçirildiyini göstərdi. Müsahibədə səslənən fikirlər Naxçıvanın yalnız Azərbaycanın ayrılmaz tərkib hissəsi olan strateji ərazi kimi deyil, eyni zamanda ölkənin enerji, nəqliyyat, iqtisadiyyat, turizm və regional əməkdaşlıq siyasətində mühüm həlqə kimi mövqeyinin gücləndirildiyini nümayiş etdirir".

Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Sara Hüseynova deyib. O bildirib ki, Naxçıvanın inkişafı artıq ayrı-ayrı infrastruktur layihələrinin məcmusu kimi deyil, vahid və uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsi kimi təqdim olunur:

"Təhlükəsizlik, enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, turizm, şəhərsalma, sosial rifah və milli-mədəni irsin qorunması bir-birini tamamlayan istiqamətlər kimi çıxış edir. Prezident İlham Əliyev 2021-ci ildə Naxçıvana səfəri zamanı muxtar respublikanın enerji təminatının tam təmin edildiyini, qazlaşdırmanın və elektrik təchizatının yüksək səviyyəyə çatdığını, yol və su infrastrukturu üzrə mühüm layihələrin həyata keçirildiyini, sənaye və kənd təsərrüfatının inkişaf etdiyini, Naxçıvanın böyük turizm potensialına malik olduğunu bildirmişdi. 2026-cı ilin avqustunda səsləndirilən mesajlar isə həmin mərhələdən daha irəliyə gedən, Naxçıvanın gələcəyini onilliklər perspektivində müəyyənləşdirən yanaşmanın formalaşdığını göstərir".

Hakim partiya təmsilçisi qeyd edib ki, Prezident İlham Əliyevin səfəri Naxçıvanın gələcəyinə dair yalnız növbəti layihələrin təqdimatı kimi deyil, təhlükəsizlik, iqtisadiyyat, enerji, nəqliyyat, sosial rifah və milli-mədəni irsin vahid inkişaf konsepsiyasında birləşdirildiyi yeni mərhələnin siyasi və strateji mesajı kimi qiymətləndirilə bilər.

Anar
Xəbəri paylaş