
Qəbələ şəhərində Mediasiya Şurası və Qəbələ Mediasiya Təşkilatı tərəfindən “Mediasiyada emisonal dayanıqlılıq” mövzusunda tədbir keçirilib.
Newscenter.az Mediasiya Şurasına istinadən bildirir ki, tədbirdə mövzu ilə bağlı Qəbələ Mediasiya Təşkilatının rəhbəri Ədalət Əliyev, Mediasiya Şurası İdarə Heyəti sədrinin müşaviri Əli Fərzəliyev, psixoloq-mediator Ayan Tağızadə, Şəki 1 saylı Mediasiya Təşkilatının rəhbəri Dərya Yaşarlı, vəkil Yelmar Qafarlı, mediator-təlimçi Gültəkin Məmmədova, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Nərmin Cabbarlı, Qəbələ rayonu Tarix Diyarşünaslıq Muzeyinin direktoru Bəxtiyar Vəliyev , “Qəbələ səsi” qəzetinin redaktoru Azad Məmmədov, Qəbələ 1 saylı Mediasiya Təşkilatının əməkdaşı-psixoloq Aytac Səmədzadə, Qəbələ Mediasiya Təşkilatının icraçı direktoru Səma İlyazlı və başqaları öz fikirlərini və mülahizələrini bildiriblər.
Sonda mediasiyanın inkişafında, təbliğatında və uğurlarında fərqlənənlərə təşəkkürnamələr təqdim edilib.
Süleyman













































