
Krım-Konqo virusu Türkiyədə də insan həyatına son qoyub.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Karabükdə Krım-Konqo Qanamalı Qızdırması (KQQQ) şübhəsi ilə müalicə olunan bir nəfər vəfat edib.
Məlumata görə, Karabükün Eflani rayonunun Osmanlar kəndində yaşayan 61 yaşlı Nuri Bostancını 6 avqustda gənə dişləyib. Hadisədən sonra Bostancı Karabük Təlim və Araşdırma Xəstəxanasının təcili yardım şöbəsinə müraciət edib.
Krım-Konqo Qanamalı Qızdırması (KQQQ) şübhəsi ilə reanimasiya şöbəsinə yerləşdirilən Bostancını xilas etmək mümkün olmayıb.
Anar












































