Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Əmək Müfəttişliyindən vətəndaş müraciətinə gülünc doğuran CAVAB

Dövlət Əmək Müfəttişliyindən vətəndaş müraciətinə gülünc doğuran CAVAB


Bəzi dövlət qurumlarının vətəndaş müraciətlərinə normativ-hüquqi aktlar deyil, özlərinin müəyyən etdiyi qaydalarla cavab verməsi onsuz da bu və ya digər dövlət qurumlarından olan narazılığı bir qədər də artırır, həmin dövlət qurumlarında mənfi rəy formalaşdırır. Bu günlərdə Dövlət Əmək Müfəttişliyinin vətəndaş müraciətinə verdiyi cavab da bu qəbildəndir. Newscenter.az xəbər verir ki, bununla bağlı Mingəçəvir şəhər sakini, Mingəçevir Şəhər 13 nömrəli körpələr evi–uşaq bağçasının tərbiyəçisi Sevinc Məmmədova Dövlət Əmək Müfəttişliyinin ona ünvanladığı cavabı ictimailəşdirərək bunları yazıb:

"SİMA proqramında nəzər yetirərkən Əmək Müfəttişliyinin mənim müraciətimə verdiyi cavaba rast gəldim. Cavabı oxuduqca, açığı, gülməyim gəldi. Çünki vətəndaşın müraciətinə cavab vermək əvəzinə, elə bir əsas gətirilib ki, insan istər-istəməz soruşur: bu, həqiqətənmi ciddi rəsmi cavabdır?

Cavabda qeyd olunur ki, mən rəhbər qəbuluna dəvət edilmişəm, lakin guya qəbul otağının “balaca və isti olması” səbəb gətirilərək qəbuldan imtina etmişəm və bununla bağlı məsələ mediada işıqlandırılacağı bildirilib.

İndi isə Əmək Müfəttişliyinə bir neçə sadə, lakin çox ciddi sualım var:1. Əgər qəbul otağı balaca və isti idisə, digər vətəndaşlar həmin otaqda necə və hansı şəraitdə qəbul ediliblər?

Mənim paylaşdığım görüntülərdə həmin otaqda digər vətəndaşların qəbul edildiyi görünür. Deməli, otaq vətəndaş qəbulu üçün istifadə olunursa, niyə mənim qəbuluma gələndə birdən-birə “balaca və isti otaq” problemə çevrilir?2. Vətəndaşın qəbul edilməməsi üçün “otaq balacadır və istidir” hansı hüquqi normaya əsaslanır?Xahiş edirəm, konkret qanun, maddə və bənd göstərilsin. Çünki mən hüquqi əsas istəyirəm, bəhanə yox.3. Mənim qəbuldan imtina etdiyim necə və hansı sənədlə sübut olunur?Mənə təqdim edilmiş rəsmi cavabda belə bir iddia var. Bəs bunun əsası nədir? Mənim imzaladığım hər hansı sənəd varmı? Qəbuldan imtina barədə akt tərtib olunubmu? Qəbul jurnalında bununla bağlı qeyd varmı?

Əgər bunların heç biri yoxdursa, mənim adımdan “vətəndaş qəbuldan imtina edib” nəticəsinə necə gəlinib?4. Əgər qəbul həmin gün mümkün deyildisə, niyə mənə alternativ tarix və ya başqa qəbul yeri təklif edilməyib?

Vətəndaşın problemi otağın ölçüsündən və temperaturundan daha vacib deyilmi?
5. Ən əsas sualım: niyə digər vətəndaş qəbul otağında qəbul edilir, amma mənim qəbuluma gələndə həmin otağın şəraiti əsas gətirilir?

Mən heç kimdən imtiyaz istəmirəm. Əksinə, hamıya necə münasibət göstərilirsə, mənə də elə münasibət göstərilməsini istəyirəm.

Əgər həmin otaq həqiqətən vətəndaş qəbulu üçün yararsızdırsa, onda sual yaranır: digər vətəndaşlar niyə orada qəbul olunublar?

Əgər otaq yararlıdırsa, onda sual yaranır: mənim qəbul edilməməyimin əsl səbəbi nədir?Bir də cavabda “vətəndaş cari şəraiti mediada işıqlandıracağını bildirib” kimi ifadənin qeyd olunması xüsusilə diqqətimi çəkdi.Bəli, mən məsələni mediada və sosial şəbəkələrdə işıqlandıracağımı bildirmişəm və bundan da çəkinmirəm. Çünki vətəndaş öz hüququnu tələb edirsə, bunu ictimaiyyətə çatdırmaqdan niyə qorxmalıdır?Mənim müraciətimə cavab verən şəxslərdən xahişim budur: emosional və formal izahlar deyil, konkret hüquqi əsaslandırma verin.Mənim sualım çox sadədir:

Eyni qəbul otağında digər vətəndaş qəbul edilirsə, mən niyə qəbul edilməmişəm?
Qanuni əsas nədir?Mənim qəbuldan imtina etdiyimi təsdiq edən sənəd haradadır?
Niyə alternativ qəbul təşkil edilməyib?

Ən əsası:

Vətəndaşların hüquqları hamı üçün eynidirmi, yoxsa bəzi vətəndaşlara fərqli qaydalar tətbiq olunur?Mən bu sualların hər birinə rəsmi, konkret və hüquqi əsaslandırılmış cavab gözləyirəm.Çünki vətəndaşın hüququna cavab bəhanə ilə deyil, qanunla verilməlidir".

Anar
Xəbəri paylaş