
Türkiyədə ictimai nəqliyyatda gediş haqqı artırılıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, tarif siyasətinə ilkin mərhələdə paytaxt Ankarada baxılıb. Nəticədə Ankarada nəqliyyat tarifləri artırılıb.
Məlumata görə, ictimai nəqliyyatda tətbiq edilən qiymət artımı nəticəsində bir nəfər üçün gediş haqqı 35 TL-dən (lirə) 40 TL-yə qaldırılıb.
Paralel olaraq təhsil müəssisələrinin nümayəndələri üçün də gediş haqqı artırılıb. Belə ki, tələbə bileti 17.50 TL-dən 20 TL-yə, müəllim bileti isə 26 TL-dən 30 TL-yə qaldırılıb. Bundan əlavə, yeni qiymətlərə əsasən, tələbələrin istifadə etdiyi limitsiz gediş abunəliyi artıq 650 TL-dir.
Anar












































