
TRT, TIKA ilə əməkdaşlıq çərçivəsində Qazaxıstandan olan media mütəxəssislərini qəbul etməyə hazırlaşır.
Newscenter.az xəbər verir ki, TRT Akademiyası tərəfindən təşkil edilən "Mediada və Sosial Mediada Süni İntellektdən İstifadə və Rəqəmsal Media Jurnalistika Təlim Proqramı" 17-21 avqust 2026-cı il tarixləri arasında TRT Baş Müdirliyində keçiriləcək.
Təlim, müxtəlif başlıqlar altında bugünkü media dünyasında ön planda olan süni intellekt texnologiyaları və rəqəmsal jurnalistika tətbiqlərini əhatə edəcək.
5 günlük təlim proqramında iştirakçılar Rəqəmsal Mediada Kontent İstehsalı, Jurnalistlər üçün Sosial Media Monitorinq Metodları, Süni İntellektlə Vizual Ünsiyyət, Süni İntellekt Optimallaşdırması və Mobil Jurnalistika (MOJO) sahələrində təlim alacaqlar.
Süleyman












































