
Beyləqanda qadın su kanalında batıb.
Newscenter.az bildirir ki, "Report"un Qarabağ bürosunun xəbərinə görə, hadisə Yuxarı Qarabağ kanalının rayonun İkinci Aşıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır, axtarış-xilasetmə tədbirləri həyata keçirilir.












































