
Hakimləri ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqəli olmayan təşkilati vəzifələrdən azad etmək üçün 2028-ci ildən etibarən “məhkəmə administrasiyası” institutu tətbiq olunacaq.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu prezident Şavkat Mirziyoyev tərəfindən təsdiq edilən "Ədalətli Ədalət - 2030" strategiyasında əksini tapıb.
Sənəddə qeyd edilir ki, “Rəqəmsal Məhkəmə” konsepsiyası bütün məhkəmələrdə tam tətbiq olunacaq, my.sud.uz portalı və onun mobil tətbiqi təkmilləşdiriləcək.
Məhkəmələrə müraciətlərin ən azı 50%-nin elektron şəkildə təqdim edilməsi, məhkəmə iclaslarının 100%-nin səs yazısı ilə qeydə alınması və Ali Məhkəmənin informasiya sistemlərinin istifadəçilərinin sayının ən azı 5 dəfə artırılması planlaşdırılır.
Süleyman












































