
Ukraynada təcili tibbi yardım işçilərinin səfərbər edildiyi bildirilir. Məlumata görə, Ukrayna polisi ağır xəstələri təxliyə edərkən Qırmızı Xaç təcili yardım sürücüsünü saxlayaraq hərbi komissarlığa göndərib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko özünün Telegram kanalında məlumat verib.
Parlament üzvü yazıb:
"Nikolayv vilayətinin Baştanski Rayon Polis İdarəsinin polis əməkdaşları sənədlərini yoxlamaq üçün Qırmızı Xaç təcili yardım maşınını saxlayıblar. Sürücünün sənədləri qaydasında idi, lakin zabit onun sərxoş olduğundan şübhələnib və narkotik və alkoqol testindən keçmək üçün onlarla birlikdə getməsini istəyib. Əslində isə sürücü hərbi tibbi müayinədən keçmək üçün toplama məntəqəsinə aparılıb".
Onun sözlərinə görə, təhlükəli ərazilərdən təxliyə edilən iki ailə (biri, ətrafı amputasiya olunmuş kişi, üç yaşlı oğlu və nənəsi, digəri, xərçəng xəstəsi olan qadın və oğlu) maşında qalıblar. Onlar bir müddət sonra nəzarət məntəqəsini tərk ediblər.
Deputat yazıb:
"Biz Milli Polisdən izahat tələb edirik. Nikolayev Vilayət hərbi qeydiyyat və komissarlıq nümayəndələrindən izahat tələb edirik".
Anar












































