
Türkiyədə sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, 18 nəfər yaralanıb.
Newscenter.az xəbər verir ki, bu barədə trthaber məlumat yayıb. Bildirilib ki, hadisə Muğlanın Milas rayonunda qeydə alınıb.
Belə ki, Hamit T.-nin idarə etdiyi İstanbul-Bodrum marşrutu üzrə hərəkət edən sərnişin avtobusu Söke-Milas yolunda İlter D.-nin idarə etdiyi yük maşını ilə toqquşub.
Hadisə yerinə çoxsaylı tibb, polis və yanğınsöndürmə qrupları sövq edilib. Qəzada yaralanan 18 nəfər tibb qrupları tərəfindən yaxınlıqdakı xəstəxanalara aparılıb. Yaralılardan 3-nün vəziyyətinin ağır olduğu bildirilib.
Anar











































