
Tehran nüvə silahı hazırlamaq qabiliyyətindən imtina edərsə, Tramp İranla razılığa gəlməyə hazırdır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Amerika liderinin kürəkəni, iş adamı Cared Kuşner Fox News-a verdiyi müsahibədə bildirib.
Kuşner onu da deyib ki, lakin indiyə qədər iranlılar Vaşinqton üçün məqbul olan şərtlərə maraq göstərməyiblər.
"Əgər İran bizimlə müzakirə etdikləri müqaviləni tamamlamağa və nüvə silahı istehsal etmək qabiliyyətindən imtina etməyə hazırdırsa, deməli, Tramp razılaşma əldə etməyə hazırdır. Lakin hazırda onlar bizim üçün mənalı olacaq heç bir şey etməkdə maraqlı deyillər",-deyə Kuşner vurğulayıb.
Anar












































