Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tramp: ABŞ-ın İranın İnqilab Keşikçiləri Korpusu ilə qeyri-rəsmi əlaqə kanalı var

Tramp: ABŞ-ın İranın İnqilab Keşikçiləri Korpusu ilə qeyri-rəsmi əlaqə kanalı var


ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə qeyri-rəsmi əlaqə kanalı var.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Birləşmiş Ştatlar prezidenti Donald Tramp deyib. Ağ Ev rəhbəri bildirib ki, ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyi ilə qeyri-rəsmi kanallar vasitəsilə əlaqə saxlayır. Lakin Tramp SEPAH-la əlaqələrin hansı mövzular və istiqamətlərdə olduğunu açıqlamayıb.

Qeyd edək ki, bir müddət əvvəl Amerikanın "Axios" portalı mənbələrə istinadən Ağ Evlə İİKK rəhbərliyi arasında qeyri-rəsmi rabitə kanalları barədə məlumat vermişdi.

Anar
Xəbəri paylaş