Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ sərhədlərində patrul xidmətini robotlar həyata keçirəcək

ABŞ sərhədlərində patrul xidmətini robotlar həyata keçirəcək


Amerikanın Foundation şirkəti ABŞ-ın cənub sərhədində patrul xidməti göstərmək üçün Phantom adlı humanoid robotlardan istifadə etməyi təklif edib.

Newscenter.az bildirir ki, şirkətin baş direktoru Sankaet Pathak bu barədə Fox News-a verdiyi müsahibədə bildirib.

Pathak bildirib ki, milli təhlükəsizlikdən məsul olan bütün dövlət qurumları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Quru Qoşunları və Daxili Təhlükəsizlik Departamenti ilə müzakirələr aparırıq:

"Biz dialoqu davam etdiririk və müqavilə danışıqlarına və onlar üçün bəzi təkliflərə başlayırıq".

Onun sözlərinə görə, robotlar qeyri-bərabər ərazilərdə hərəkət edə, insanları digər obyektlərdən ayıra, xəritələr yarada və ümumiyyətlə insanlar, PUA və kameralar üçün çətin şəraitdə müşahidə apara biləcəklər.

Anar
Xəbəri paylaş