
"Cənub qonşumuz özünün məkirli planlarından əl çəkmir. Birləşmiş Ştatlarla Hörmüz boğazı fonunda yaranan gərginliyi aradan qaldıra, Amerikanın zərbələri və təzyiqləri qarşısında acıq duruma düşən Tehran indi də Xəər dənizi üzərindən oyun oynamağa başlayıb. Hər halda bu ölkədə Xəzər dənizinin adının dəyişdirilməsi ilə bağlı irəli sürülən təşəbbüs belə deməyə əsas verir".
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, İran tərəfindən irəli sürülən bu təşəbbüs qəti qəbuledilməzdir və Tehran bu sevdasından əl çəkməlidir:
"Məlum olduğu kimi İranda özünü "İranşəhri" ideologiyasına bağlı hesab edən bəzi fars millətçi qruplar Xəzər dənizinin adının dəyişdirilməsi ilə bağlı kampaniyaya başlayıblar. Kampaniya müəlifləri Xəzər dənizinin adının dəyişdirilib "Kaspi" və ya "Mazandaran" adlandırılması təklif edirlər. Bu təşəbbüs ilk növbədə tarixin saxtalaşdırılmasıdır. İran çox gözəl bilir ki, sözügedən dəniz tarixən Xəzər deyə adlanıb. Hətta uzaq tarixdə bu dəniz ətrafında Xəzərlilər tayfası da olub. Sonrakı illərdə də dəniz Xəzər deyə tarixə düşüb və bu gün də dünyada eyni adla tanınır. İndi İranın Xəzərin adının dəyişdirilib "Kaspi" və "Mazandaran" adlandırılmasının təklif etməsi suyu bulandırmaq, Xəzəryanı ölkələr arasında nifaq yaratmaqdan başqa bir şey deyil. Tehranın bu addımı Xəzərin statusunun müəyyən edilməsi ilə bağlı 5 sahilyanı ölkənin əldə etdiyi ümumi razılığa da tamamilə ziddir".
Arzuman Muradlı deyib ki, İranın bu istək və arzusuna əslində zamanında ümummilli lider Heydər Əliyev tərəfindən layiqli cavab verilib:
"Yadınızdadırsa Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə İrana rəsmi səfər etmişdi və səfər zamanı İran prezidenti ilə keçirilən görüşdə iranlı jurnalist Heydər Əliyevə Xəzər dənizi ilə bağlı sual verdi. Həmin sual təxribat xarakterli sual idi və iranlı jurnalist həmin sual zamanı Xəzər dənizini Mazandaran deyə adlandırdı. Heydər Əliyev də hər zaman olduğu kimi böyük ustalıqla iranlı jurnalistə tarix dərsi keçərək bildirdi ki, bineyi qədimdən bu dəniz Xəzər deyə adlanıb".
Süleyman












































