
Hindistanın şərqindəki Qərbi Benqal ştatının Tarapit şəhərindəki oteldə yanğın baş verib.
Newscenter.az TASS-a istinadən bildirir ki, yanğın nəticəsində azı yeddi nəfər ölüb.
Yanğın otelin birinci mərtəbəsində baş verib. Yanğın tez bir zamanda yuxarı mərtəbələrə yayılıb və yüksək səviyyəli yanğın kimi təsnif edilib. Həlak olanlar oteldə gecələyən qonaqlar olub. Onların tüstüdən boğulduğu bildirilir. Həmçinin yanğın zamanı bir neçə nəfərin yanıq xəsarətləri aldığı da bildirilir.
Polis hadisənin səbəbini araşdırır. İlkin məlumatlara görə, yanğın binanın elektrik naqillərindəki qısaqapanmadan qaynaqlana bilər.
Anar












































