
Böyük Britaniya Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün dronlarından istifadə etməyə icazə verməklə nüvə müharibəsi vəziyyətinə yaxınlaşır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Diesen deyib.
Diesen qeyd edib ki, Britaniya nüvə müharibəsinə doğru daha bir addım atır. Bu arada "The Sunday Times" qəzeti xəbər verir ki, Britaniya dronları artıq Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün istifadə olunur.
Rusiyanın Londondakı səfiri Andrey Kelin isə TASS-a verdiyi müsahibədə Böyük Britaniyanın Ukraynadakı münaqişədə bəlkə də digər NATO ölkələrindən daha dərindən iştirak etdiyini bildirmişdi . O qeyd etmişdi ki, Ukraynada "Storm Shadow" qanadlı raketlərinin buraxılışlarında iştirak edən xüsusi təyinatlıların, təlimatçıların və hərbi mütəxəssislərin iştirakı rəsmi olaraq təsdiqlənib.
Anar












































