Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransadan Afrikaya terror təhdidi var

Fransadan Afrikaya terror təhdidi var


Afrikaya terror təhdidləri var.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov qanalı həmkarı ilə görüşdən sonra jurnalistlərə verdiyi açıqlamada deyib. O bildiri ki, qitəyə terror təhdidləri Fransa da daxil olmaqla, bu qitədə müstəmləkə təsirinin itirilməsi ilə barışa bilməyən ölkələr tərəfindən planlaşdırılır.

Lavrov qeyd edib ki, Rusiya terrorizmə qarşı mübarizədə, eləcə də Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) ilə üç Sahel ölkəsi arasında münasibətlərin bərpasında afrikalılara lazımi dəstəyi göstərməyə hazırdır.

"Biz Afrika qitəsində təhlükəsizlik və terrorizmə qarşı mübarizə məsələlərini, o cümlədən geniş Sahara-Sahel bölgəsindəki vəziyyəti müzakirə etdik. Bütün bunlar Qana və digər Qərbi Afrika ölkələrinə təsir göstərir", - deyə Rusiya xarici işlər naziri qeyd edib.

Lavrov qeyd edib ki, Sahel ölkələrinin ECOWAS-dan çıxmasına baxmayaraq, onlar qonşu dövlətlər olaraq qalırlar və buna görə də Rusiya bu əlaqələrin normallaşmasında maraqlıdır.

Anar
Xəbəri paylaş