Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İçməli su çatışmamazlığı ilə bağlı hökumət vətəndaşlara ÇAĞIRIŞ ETDİ -MOLDOVADA

İçməli su çatışmamazlığı ilə bağlı hökumət vətəndaşlara ÇAĞIRIŞ ETDİ


Moldova hakimiyyəti Kişinyov və digər böyük yaşayış məntəqələrini su ilə təmin edən Dnestr çayında suyun səviyyəsinin kəskin şəkildə azalması səbəbindən əhalini suya qənaət etməyə çağırıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə respublikanın ətraf mühit naziri Georgi Xajder jurnalistlərə məlumat verib.

O bildirib ki, Dnestr su anbarına axın həyəcan verici səviyyəyə - saniyədə cəmi 23 kubmetrə düşüb. Bu o deməkdir ki, su anbarına axıdılandan xeyli az su daxil olur və onun səviyyəsi azalmağa davam edir ki, bu da son dərəcə ciddi bir siqnaldır.

O, əlavə edib ki, nazirlik Ukrayna tərəfi ilə daim əlaqə saxlayır və vəziyyəti izləyir.

"Hazırkı şəraitdə sizdən su itkilərini azaltmağı və lazımsız istehlakdan çəkinməyi xahiş edirik",-deyə nazir bildirib.

Daha əvvəl Moldova hökuməti suyun istifadəsini məhdudlaşdırmış və hidroloji xəbərdarlıq səviyyəsi tətbiq etmişdi.

Anar
Xəbəri paylaş