
Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Olena Zelenska ölkədə kadr təyinatlarına təsir göstərir.
Newscenter.az RBC-Ukraine-ya istinadən bildirir ki, xanım Zelenskayanın hətta kadr təyinatı məsələsində "qızıl veto" hüquq da var.
Agentliyin məlumatına görə, Olena Zelenska həmçinin rəğbət bəslədiyi bəzi vəzifəli şəxslərin karyera yüksəlişinə kömək edə bilir. Nəşrdə nümunə olaraq cəmi bir neçə il ərzində Darnitsa Rayon Dövlət Administrasiyasının rəhbərindən Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri, iyul ayında isə Yenidənqurma, İnfrastruktur və Nəqliyyat naziri vəzifələrinə yüksələn Nikolay Kalaşnikinin adı xüsusi olaraq qeyd edilir. İddia olunur ki, sözügedın şəxsin sürətli şəkildə vəzifə pillərinə yüksəlməsində xanım Zelenskayanın müstəsna xidmətləri olub.
Anar












































