Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Myanma prezidenti Rusiyaya gəlir

Myanma prezidenti Rusiyaya gəlir


Myanma İttifaqı Respublikasının Prezidenti Min Aunq Hlainq Rusiyaya səfər edəcək.

Newscenter.az-ın xəbərinə görə, Kremlin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Myanma prezidenti Kremldə prezident Vladimir Putinlə görüşəcək. Liderlər Rusiya-Myanma əməkdaşlığının müxtəlif sahələrdə dərinləşdirilməsi perspektivlərini, eləcə də beynəlxalq və regional gündəlikdəki cari məsələləri müzakirə edəcəklər.

Görüş və danışıqların nəticəsi olaraq həmçinin bir neçə ikitərəfli sənədin imzalanması planlaşdırılır.


Qeyd edək ki, Rusiya ilə Myanma arasındakı münasibətlər SSRİ ilə Birma arasında diplomatik münasibətlər ölkənin müstəqilliyini elan etməsindən qısa müddət sonra, 18 fevral 1948-ci ildə qurulub.

Rusiya-Myanma münasibətlərinin inkişafının hüquqi əsasını 2000-ci ildə Moskvada imzalanmış iki ölkə arasında dostluq münasibətlərinin əsasları haqqında birgə bəyannamənin müddəaları təşkil edir. İqtisadi əməkdaşlıq 2014-cü ildə yaradılmış Hökumətlərarası Ticarət və İqtisadi Əməkdaşlıq Komissiyası tərəfindən əlaqələndirilir. Rusiya-Myanma Biznes Forumu və Rusiya-Myanma Biznes Şurası da fəaliyyət göstərir.

Anar
Xəbəri paylaş