Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Bizim tarla"nın xaricə ixrac edilən çiyələk mürəbbəsinin içərisindən qurd çıxdı-FOTO

"Bizim tarla"nın xaricə ixrac edilən çiyələk mürəbbəsinin içərisindən qurd çıxdı-FOTO



"Bizim tarla"nın xarici ölkələrə ixrac edilən çiyələk mürəbbəsinin içərisindən qurd aşkarlanıb.

Newscenter.az xəbər verir ki, hadisə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində qeydə alınıb. Dubayda yaşayan həmyerlimiz Yeganə Həsənova bu barədə məlumat verib. Bildirib ki, 3 ildir Dubayda yaşayır, ancaq indiyədək aldığı heç bir məhsulun içərisindən insan orqanizmi üçün təhlükəli olan maddə çıxmayıb:

"Marketdə gördüm, qəribsədim, dedim özümüzkülərə xeyir verim, Vətənin dadını alım.
Amma ki, unutdum bizimkilərin məsuliyyətsizliyini, işlərinə başdansovdu yanaşmasını.

Gedib "Dubai Municipality"ə sizi şikayət etsəm, nəinki məhsulunuz satışdan çıxarılacaq, 100-200 K aed cərimə və 3 ay həbs cəzası kəsiləcək. Bura Azərbaycan deyil, qurdlu, təhlükəli əlinizə nə keçdi millətə satırsınız. Biraz vicdanla çalışın",-deyə Yeganə Həsənova vurğulayıb.

Süleyman
Xəbəri paylaş