
Ukrayna hökumətinin fəaliyyət proqramının layihəsi Ali Radaya təqdim edilib.
Newscenter.az xəbər verir ki, sənədə görə, Nazirlər Kabineti 2026-2027-ci illərdə tərəfdaşlardan 101 milyard dollar maliyyə dəstəyi almağı gözləyir.
Proqrama əsasən, hökumətin məqsədlərindən biri dövlət büdcəsini dəstəkləmək üçün beynəlxalq maliyyə dəstəyini, xüsusən də Aİ, BVF, Dünya Bankı və digər tərəfdaşlardan cəlb etməkdir. 2026-cı ildə təxminən 49 milyard dollar, 2027-ci ildə isə 52 milyard dollar məbləğində dəstək cəlb etmək planlaşdırılır.
Qeyd edək ki, Ukrayna artıq bir neçə ildir rekord büdcə kəsiri ilə yaşayır. Kiyev ölkənin öz resurslarını tamamilə tükətdiyini və vəsait tapmaq getdikcə çətinləşdiyini etiraf edir.
Nazirlər Kabineti həmçinin milli müqavimət sistemi vasitəsilə əhalinin hərbi xidmətə hədəflənmiş şəkildə hazırlanmasını təmin etmək istəyir. Bəyan edilən məqsədə əsasən, 2027-ci ilə qədər milli müqavimət təlim mərkəzlərində təlim keçən vətəndaşların sayı ildə 60.000 nəfərə çatmalıdır.
Anar












































