Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan və Tramp Qəzzadakı vəziyyəti müzakirə edib

Ərdoğan və Tramp Qəzzadakı vəziyyəti müzakirə edib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Newscenter.az Türkiyə Prezidentinin Kommunikasiya və İnformasiya İdarəsinə istinadən bildirir ki, söhbət Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələləri əhatə edib.

Prezident Ərdoğan İranla ABŞ arasındakı gərginlikdə diplomatiyadan maksimum dərəcədə istifadə etməyin vacib olduğunu, danışıqların davam edəcəyinə ümid etdiyini və Türkiyənin sülh səylərini dəstəkləməyə davam edəcəyini bildirib.

Türkiyə lideri həmçinin, Pakistan və Səudiyyə Ərəbistanı ilə imzalanan Məkkə (Birgə Müdafiə) Sazişinin regional sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün güclü bir mövqe nümayiş etdirdiyini deyib.

Ərdoğan, Türkiyənin bölgədə davamlı sülhü və Qəzzanın yenidən qurulması üçün atılacaq addımları dəstəkləməyə davam edəcəyini vurğulayıb.

Süleyman
Xəbəri paylaş