
AI-Sana proqramı çərçivəsində Qazaxıstanda 440-dan çox süni intellekt agenti hazırlanıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu istiqamətdə hazırda ali təhsilin rəqəmsallaşdırılmasına xüsusi diqqət yetirilir. Əsas vəzifə tələbənin universitetə daxil olduğu gündən diplom almasına qədər bütün əsas prosesləri vahid sistemə inteqrasiya etməkdir.
Tələbələr və məzunlar haqqında əsas məlumatlar ali təhsil üçün vahid platformada toplanacaq. Daha sonra AI-Qəbul, AI-Onboarding, fərdi təhsil trayektoriyası, rəqəmsal səriştə profili, AI-Kitabxana, AI-psixoloq və AI-Karyera kimi süni intellekt həllərinin təhsil prosesinə tətbiqi planlaşdırılır.
Bu istiqamətdə ilkin baza formalaşdırılıb. Növbəti tədris ilində proqramın 3-cü və 4-cü mərhələləri həyata keçiriləcək.
Süleyman











































