Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan–Özbəkistan münasibətləri: qardaşlığın siyasi təcəssümü

Azərbaycan–Özbəkistan münasibətləri: qardaşlığın siyasi təcəssümü



Azərbaycanla Özbəkistan arasında münasibətlər 2020-ci ildən sonra daha da sürətlənərək keyfiyyətcə yeni mərhələyə yüksəlib. Dövlət başçılarının qarşılıqlı səfərləri və mütəmadi təmasları iki qardaş ölkə arasında mövcud olan əlaqələri daha da möhkəmləndirib. Bu gün münasibətlərimiz sadəcə siyasi və strateji tərəfdaşlıqla deyil, xalqlarımızın ortaq tarixi, mədəniyyəti və mənəvi yaxınlığı ilə səciyyələnir. Əsrlər boyu formalaşmış bu bağlılıq Azərbaycan və Özbəkistanı bir-birinə daha da yaxınlaşdıraraq münasibətlərimizin gələcəkdə də möhkəm və davamlı olacağına əsas verir.
Qeyd etmək istərdim ki,bu yaxın münasibətlərin növbəti mühüm göstəricisi Prezident cənab İlham Əliyevin Özbəkistana səfəri oldu. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə Verdi..
Ölkə başçısı müsahibəsi zamanı Azərbaycanla Özbəkistan arasındakı əməkdaşlığın yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, bütövlükdə Mərkəzi Asiya regionunun inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri bu gün böyük iqtisadi və geosiyasi imkanlara malik vahid bir məkan kimi formalaşır və bu prosesdə Azərbaycan–Özbəkistan əlaqələrinin xüsusi rolu var.
Dövlət başçısı iki ölkə arasında həyata keçirilən layihələrin əməkdaşlığın çoxşaxəli xarakterini əks etdirdiyini bildirib. Onun sözlərinə görə, enerji, nəqliyyat, investisiya, turizm, kənd təsərrüfatı, sənaye və digər sahələrdə birgə fəaliyyət uğurla davam etdirilir. Bununla yanaşı, bankçılıq, neft-qaz, avtomobil sənayesi və yeni investisiya layihələri üzrə əməkdaşlığın genişləndirilməsi üçün də mühüm addımlar atılır. Xüsusilə neft və qaz yataqlarının kəşfiyyatı istiqamətində aparılan işlərin artıq yekun mərhələyə yaxınlaşması və qarşıdakı dövrdə hasilat quyularının qazılmasına başlanmasının nəzərdə tutulması iki ölkənin enerji sahəsində əməkdaşlığının perspektivlərini daha da artırır.
Sonda vurğulamaq istərdim ki, Azərbaycan–Özbəkistan münasibətləri bu gün siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf edərək möhkəm dostluq və qardaşlıq münasibətlərinin nümunəsinə çevrilib. İqtisadi-ticari əlaqələrdə də müsbət dinamika müşahidə olunur; 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara yüksəlib, 2026-cı ilin ilk beş ayında isə 33 faizlik artım qeydə alınıb. Bu göstəricilər qarşılıqlı iqtisadi əlaqələrin getdikcə genişləndiyini və iki ölkə arasında əməkdaşlığın böyük potensiala malik olduğunu təsdiqləyir. Bütün bu uğurlar Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasətinin nəticəsi olmaqla, Azərbaycan–Özbəkistan qardaşlığının gələcəkdə də daha da möhkəmlənəcəyinə əsas verir.
Fərid Hacıbəyli
YAP Yevlax rayon təşkilatının əməkdaşı.
Xəbəri paylaş