Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan–Özbəkistan münasibətləri möhkəm tarixi bağlar üzərində daha da güclənir

Azərbaycan–Özbəkistan münasibətləri möhkəm tarixi bağlar üzərində daha da güclənir


Prezident cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsi zamanı Azərbaycan və Özbəkistan arasında münasibətlərin inkişafına dair mühüm fikirlər səsləndirilib. Dövlət başçısı iki xalqı yaxınlaşdıran tarixi və mənəvi bağların dövlətlərarası əlaqələrin möhkəm əsasını təşkil etdiyini vurğulayıb. Qeyd olunub ki, son illərdə siyasi iradə və qarşılıqlı etimad nəticəsində ölkələrimiz arasında əməkdaşlıq daha da genişlənərək münasibətlərin ən yüksək səviyyəyə – müttəfiqlik mərhələsinə yüksəlməsinə imkan yaradıb. Prezident İlham Əliyev Azərbaycan–Özbəkistan əlaqələrinin daha da inkişafında dövlət başçılarının qarşılıqlı hörmət və səmimi münasibətlərinin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Ölkə başçısı cənab İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə zamanı iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərinə də toxunub. Dövlət başçısı energetika və yaşıl enerji sahəsində birgə fəaliyyətin genişləndiyini, eləcə də Azərbaycan–Özbəkistan marşrutu üzrə tranzit daşımalarında müsbət artım dinamikasının müşahidə olunduğunu bildirib. Qeyd olunan dövrdə tranzit daşımalarının artması ilə yanaşı, Füzulidə salınan “Dostluq bağı”, avtomobil istehsalı və digər birgə layihələr iki ölkə arasında iqtisadi əməkdaşlığın praktiki nəticələrini nümayiş etdirir.
Eyni zamanda, Özbəkistan tərəfindən işğaldan azad edilmiş Füzuli şəhərində məktəbin inşa edilməsi iki ölkə arasındakı münasibətlərin yalnız iqtisadi maraqlara deyil, humanitar və sosial dəyərlərə də əsaslandığını nümayiş etdirir. Bu kimi layihələr Azərbaycan və Özbəkistan xalqları arasında qarşılıqlı həmrəyliyin və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə, gələcək nəsillər arasında dostluq bağlarının güclənməsinə mühüm töhfə verir.
Beləliklə, Azərbaycan–Özbəkistan münasibətləri möhkəm tarixi bağlar və qarşılıqlı etimad üzərində daha da güclənir. İmzalanan sənədlər və həyata keçirilən birgə layihələr iki qardaş ölkə arasında dostluğun və əməkdaşlığın gələcəkdə də davamlı inkişafına möhkəm zəmin yaradır.
Zülfiyyə Mahmudova
YAP Yevlax rayon təşkilatının əməkdaşı
Xəbəri paylaş