Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Antalyadan Yekaterinburqa uçan təyyarədə ölüm hadisəsi qeydə alınıb

Antalyadan Yekaterinburqa uçan təyyarədə ölüm hadisəsi qeydə alınıb


Türkiyənin Antalya şəhərindən Yekaterinburqa uçan sərnişin təyyarəsi Qazaxıstanın Atırau hava limanına təcili eniş edib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, buna səbəb təyyarənin göyərtəsindəki bir kişinin vəziyyətinin kəskin şəkildə pisləşməsi olub və təyyarə heyəti Atırau hava limanında təcili eniş etmək qərarına gəlib.

Təyyarəni hava limanında təcili yardım maşını qarşılayıb. Həkimlər təyyarədə halı pisləşən sərnişinə müdaxilə etsələr də, lakin onu xilas etmək mümkün olmayıb.

Polis hadisənin bütün hallarını aydınlaşdırmaq məqsədilə araşdırmaya başlayıb. Bildirilib ki, ölümün ilkin səbəbi kəskin ürək çatışmazlığı olub.

Mərhumun cəsədi təyyarədən götürüldükdən sonra qalan sərnişinlərin olduğu təyyarə Yekaterinburqa uçub.

Anar
Xəbəri paylaş