Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan öz vətəndaşını xarici ölkəyə ekstradisiya edə bilərmi?

Ermənistan öz vətəndaşını xarici ölkəyə ekstradisiya edə bilərmi?


"Paşınyan Köçəryan və Sərkisyanı ona görə təqib etmir ki, onlar Azərbaycan xalqına qarşı müharibə cinayətləri törədiblər. Belədə Paşınyan özü 44 günlük müharibə dövründə Azərbaycan xalqına qarşı müharibə cinayətlərinə başçılıq edib, Gəncədə, Bərdədə və digər şəhər və ərazilərimizə atılan raket və kasetli bombaların atılmasına əmri də şəxsən özü verib. Paşınyan Köçəryan və Sərkisyanı hakimiyyəti üçün təhlükə, özü üçün rəqib hesab edir.

Bizim bəzi media orqanları onların mühakimə olunmaq üçün Azərbaycana verilə biləcəyinə dair ehtimallar irəli sürüb, hətta bəzi şəxslərdən bunun mümkünlüyü barədə rəy də alıblar.

Ermənistan Respublikasının Konstitusiyasının 55-ci maddəsinin 2-ci bəndinə görə "Ermənistan Respublikası tərəfindən ratifikasiya edilmiş beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ermənistan Respublikası vətəndaşı xarici dövlətə ekstradisiya edilə bilməz".

Newscenter.az xəbər verir ki, bunları hüquq müdafiəçisi Sahib Məmmədov Ermənistanın keçmiş prezidentləri Köçəryan və Sərkisyanın Azərbaycana ekstradisiya edilə bilməsi mümkünlüyü barədə deyilənləri şərh edərkən səsləndirib. Sahib Məmmədovun sözlərinə görə, mətndəki "Ermənistan Respublikası tərəfindən ratifikasiya edilmiş beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla" ifadəsi ona görədir ki, əgər Ermənistan hansısa beynəlxalq öhdəlik götürərsə o zaman belə istisna ola bilər:

"Məsələn Ermənistan "Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu"nu ratifikasiya edib. Ermənistan üzərinə götürdüyü öhdəliyə görə müharibə cinayətləri törədən şəxsləri (vətəndaşları da daxil olmaqla) mühakimə üçün bu məhkəməyə göndərə bilər. Əslində isə Roma Statutu əsasında yaradılmış Beynəlxalq Cinayət Məhkəməsinə şəxsləri göndərmək onların xarici ölkəyə ekstradisiyası anlamını vermir. Çünki həmin məhkəmə şəxsi mühakimə etdikdən sonra cəzasını çəkmək üçün öz ölkəsinə göndərir (istisnalar var). Hətta məhkəmə Haaqada deyil, şəxsin mühakimə olunmasını istəyən ölkədə də keçirlə bilər. Görünür Konstitisyanın mətnini hazırlayan Ermənistan mütəxəssisləri bunu bilmir. Paşınyan isə Petrosyan, Köçəryan və Sərkisyan kimi müharibə cinayətləri törətmiş birisidir".

Süleyman
Xəbəri paylaş