Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azyaşlının zorakılığa məruz qalması ilə bağlı araşdırma aparılıb

Azyaşlının zorakılığa məruz qalması ilə bağlı araşdırma aparılıb


Sosial şəbəkələrdə azyaşlının ögey anası tərəfindən zorakılığa məruz qalması ilə bağlı yayılan məlumat aidiyyəti qurumlar tərəfindən araşdırılıb.

Newscenter.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Məlumatda bildirilib ki, araşdırma çərçivəsində qurumların nümayəndələri tərəfindən uşaq və ailə ilə görüş keçirilib, məsələ ilə bağlı ətraflı söhbət aparılıb.

Uşağın dizində və əlində müşahidə olunan sıyrıqların yaranma səbəbi ilə bağlı verilən suala azyaşlı skuterlə hərəkət edərkən yıxıldığını bildirib.

"Bununla belə, uşağın zorakılığa məruz qalıb-qalmamasının dəqiq müəyyənləşdirilməsi məqsədilə onun tibbi ekspertizaya göndərilməsi də, qərara alınıb. Məsələ aidiyyəti qurumların nəzarətindədir",-deyə açıqlamada bildirilib.

Süleyman
Xəbəri paylaş