
Hörmüz boğazının birgə idarəetmə sistemi ilə bağlı konkret razılaşmalar əldə etmək üçün İran və Oman arasında iki aya qədər danışıqlar davam edə bilər.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi deyib.
Nazir müavini bildirib ki, bu müddət ərzində tərəflər Hörmüz boğazından keçmək üçün yeni daimi marşrut barədə razılığa gəlməlidirlər.
Qəribabadinin sözlərinə görə, ikitərəfli razılaşmaya əsasən, Fars körfəzinə giriş İran suları, çıxış isə Omanın ərazi suları vasitəsilə olacaq. Hər iki marşrutda gəmilər İranın ərazi sularından keçəcək.
Nazir müavini əlavə edib ki, razılaşdırılmış tranzit marşrutu yeddi mil enindədir.
"ABŞ və digər ölkələr bilməlidirlər ki, Hörmüz boğazı İranla razılaşma olmadan açılmayacaq", - deyə o bildirib.
Anar












































