Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

35 ildən sonra ilk dəfə qızılcadan ölüm hadisəsi qeydə alınıb

35 ildən sonra ilk dəfə qızılcadan ölüm hadisəsi qeydə alınıb


ABŞ-ın Pensilvaniya ştatının iki sakini qızılca xəstəliyindən ölüb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu, ştatda 35 il ərzində ilk ölüm halıdır. Ştatın səhiyyə departamentinin məlumatına görə, hər iki şəxs peyvənd olunmayıb. Bunlar ştatda 35 il ərzində qızılca ilə əlaqəli ilk ölüm hallarıdır.

Departament infeksiyadan qorunmağın ən yaxşı yolunun peyvənd olduğunu bir daha vurğulayıb.

Qeyd edək ki, iyulun sonlarında Con Hopkins Universiteti ABŞ-da son 35 ildə ən yüksək qızılca yoluxma hallarını qeydə almışdı. Epidemiyanın səbəbi peyvənd nisbətlərinin azalması idi. Həmin vaxt 2295 qızılca xəstəliyi aşkar edilmişdi ki, bu da 1991-ci ildən bəri ən yüksək rəqəmdir. 25 avqust tarixinə olan məlumata görə, bu rəqəm 2813-ə çatmışdı.

Anar
Xəbəri paylaş