Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YAP rayon təşkilatı sədrinin oğlu vətəndaşın 65 min manatını mənimsəyib:İDDİA

YAP rayon təşkilatı sədrinin oğlu vətəndaşın 65 min manatını mənimsəyib:İDDİA


Şikayətçi Aynurə Abdullayeva YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədovun oğlu, Pirallahı Rayon YAP Təşkilatının sədr müavini Məcid Əhmədovun onun 65 min manatını mənimsədiyini iddia edib.

Newscenter.az-ın məlumatına görə, Tribuna.az xəbər verir ki, Abdullayeva bu barədə Facebook paylaşımında Məcid Əhmədovla tibbi və texniki avadanlıqların Türkiyədən gətirilməsi və satışı ilə bağlı iş birliyi qurduğunu bildirib.

Onun sözlərinə görə, əməkdaşlıq çərçivəsində külli miqdarda vəsait yatırıb və hazırda hesablamalarına əsasən, təxminən 65 min manat məbləğində vəsaitlə bağlı açıq qalan məsələ var.

Abdullayeva iddia edib ki, əməkdaşlığın başlanğıcında Məcid Əhmədov atasının, eləcə də Türkiyədə beyin cərrahı kimi fəaliyyət göstərən qardaşı Ramizin adından və nüfuzundan istifadə edərək layihənin etibarlı olduğuna onu inandırıb.

“Qardaşının Türkiyədə olması, tibbi sahədə çalışması və avadanlıqların həmin istiqamətdən gətirilməsi barədə verilən məlumatlar da əməkdaşlığa qərar verməyimdə əsas amillərdən olub”, – deyə o qeyd edib.

Abdullayevanın sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə əlaqə saxlamağa, izahat almağa və hesablaşma aparmağa çalışıb.

Ona əvvəlcə “narahat olmayın, ödəniləcək” deyilib, daha sonra isə münasibət dəyişib.

Şikayətçi Aynurə Abdullayeva bildirib ki, Məcid Əhmədovun anası ilə telefon danışığı zamanı ona məsələnin həll olunacağı bildirilib və bu gün onunla yenidən əlaqə saxlanılacağı deyilib.

Lakin Abdullayevanın sözlərinə görə, bu gün ona “gedin, nə istəyirsiniz edin” cavabı verilib.

Aynurə Abdullayeva bildirib ki, paylaşımı kimisə əsassız şəkildə ittiham etmək məqsədi daşımır:

“Əsas məqsədim vəsaitin taleyinə aydınlıq gətirilməsi və mənə məxsus pulun qaytarılmasıdır.

Məcid Əhmədovdan açıq şəkildə tələb edirəm: mənimlə əlaqə saxlasın, bütün maliyyə məsələlərinə aydınlıq gətirsin və öhdəliyini yerinə yetirsin”.

Abdullayeva həmçinin bildirib ki, məsələ həll olunmadığı təqdirdə əlində olan ödəniş sənədləri, yazışmalar və digər sübutlarla aidiyyəti qurumlara müraciət edəcək.
Xəbəri paylaş